Premyer Liqa klubunun 8 futbolçusunda koronavirus əlamətləri aşkarlanıb

Premyer Liqa klubunun 8 futbolçusunda koronavirus əlamətləri aşkarlanıb
"Vest Hem"in 8 futbolçusunda koronavirus əlamətləri müşahidə edilib.
Fanat.Az xəbər verir ki, "Vest Hem"in vitse-prezidenti Karren Bredi "The Sun"a açıqlamasında bu məlumat verib:
"Qeyd etmək istəyirəm ki, oyunçularımızda yüngül simptomlar müşahidə olunur. Futbolçular indi ailələri ilə birlikdə karantindədilər və özlərini yaxşı hiss edirlər. Simptomlar dedikdə asqırma və öskürəyi nəzərdə tuturam. Hamı diqqətli olmalıdı".
Hazırda London klubunda məşqlər dayandırılıb. Məşqlərin 13 aprel tarixindən etibarən bərpa olunacağı gözlənilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər