Premyer Liqa klubundan yeni müqavilə

Premyer Liqa klubundan yeni müqavilə
"Aston Villa” futbolçusu Con Makqinnin müqaviləsinin müddətini artırıb.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Xatırladaq ki, Şotlandiya millisinin üzvü 2018-ci ilin yayından "Aston Villa”da çıxış edir. 
 
Qeyd edək ki, Premyer Liqada bu mövsüm 9 oyuna çıxan Con Makqinn 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər