"Nyukasl" klubunun məşq bazası bağlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Xəbərə görə, buna səbəb əsas komandada bəzi şəxslərin koronavirusa yoluxmasıdır. "Nyukasl" məşqlərin nə vaxt bərpa ediləcəyini açıqlamayıb.
Qeyd edək ki, klubun üç futbolçusunda və bir işçisində testin nəticəsi müsbət çıxıb.
Fanat.Az