Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə yenilədi

Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə yenilədi
"Sauthempton" baş məşqçi Ralf Hazenhüttlün müqaviləsini uzadıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, yeni sözləşmə 4 il müddətinə nəzərdə tutulub. Hazenhüttlün köməkçisi Rihard Kitsbihlerin müqaviləsi də yenilənib.
"Sauthempton" Premyer Liqanın bitməsinə 9 tur qalmış "düşmə zolağı"ndan 7 xal irəlidə, 14-cü pillədə qərarlaşıb. Çempionatın 17 iyunda bərpa ediləcəyi gözlənilir.
Qeyd edək ki, 52 yaşlı avstriyalı mütəxəssis 2018-ci ildən komandanın başındadı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər