"Orenburq" baş məşqçi Konstantin Yemelyanovla əməkdaşlığa son qoyub.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Rusiya Premyer Liqasında çıxış edən klub Yemelyanovla yolları ayırıb. Klub 50 yaşlı məşqçiyə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzu edib. Yemelyanovu müvəqqəti olaraq İlşat Aytkulov əvəzləyəcək.
22 turdan sonra 23 xal toplayan "Orenburq" Premyer Liqanın turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
Fanat.Az