Premyer Liqa klubu baş məşqçidən narazıdır

Premyer Liqa klubu baş məşqçidən narazıdır
İngiltərənin "Vest Bromviç” klubu baş məşqçisi Slaven Biliçi göndərməyi planlaşdırır. 
Fanat.Az xəbər verir ki, bu barədə  "Daily Mail" məlumat yayıb. 
Nəşrin iddiasına görə, komandanın XIII turda "Mançester Siti" ilə 1:1 hesablı heç-heçə etməsinə baxmayaraq 52 yaşlı xorvatiyalı mütəxəssis postundan göndəriləcək. Onu ingiltərəli Sem Ellardays əvəzləyəcək. Rəsmi açıqlamanın bu gün elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, "Vest Bromviç” 13 oyundan sonra turnir cədvəlində 7 xalla 19-cu pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər