Premyer Liqa klubları "Barselona"nın oyunçusu uğrunda mübarizə aparırlar

Premyer Liqa klubları "Barselona"nın oyunçusu uğrunda mübarizə aparırlar
"Barselona"nın müdafiəçisi Samuel Umtiti karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Arsenal", "Vest Hem" və "Everton" Umtitinin xidmətində maraqlıdılar. 26 yaşlı futbolçu komandadan ayrılmaq niyyətində olmasa da, "Barselona" onun üçün gələcək təklifləri nəzərdən keçirməyə hazırdı.
Fransa klubları da Umtitiyə maraq göstərir. Söhbət "Marsel", "Renn" və "Lion"dan gedir.
Fransız oyunçunun müqaviləsi 2023-cü ilə kimi nəzərdə tutulub. Umtiti 2019-20 mövsümdə 18 matçda meydana çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər