Premyer Liqa ilə bağlı yeni təklif: 5 həftəlik təqvim

Premyer Liqa ilə bağlı yeni təklif: 5 həftəlik təqvim
İngiltərə Premyer Liqasının qalan oyunları 5 həftə ərzində keçirilə bilər.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, hər komandanın 35 gün ərzində həftədə iki dəfə oynaması nəzərdə tutulub. Klublardan 16-sının 9, 4-nün isə 10 oyunu qalıb.
Hazırda bütün oyunların canlı yayımlana bilməsi üçün mövcud texniki imkanlarların uyğunluğu ilə bağlı müzakirələr gedir. Üstəlik, təqvimə Federasiya Kubokunun oyunları da daxil edilməlidi.
Premyer Liqa gözləmə mövqeyindədi. Çempionat rəhbərliyi may ayına başlaması nəzərdə tutulan Bundesliqanın təcrübəsini maraqla izləyir. İPL-in iyunda bərpa ediləcəyi gözlənilir.
Cümə günü klublar arasında növbəti videokonfrans keçiriləcək və sözügedən məsələlər müzakirə ediləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər