Postekoğlunun yanvardakı əsas transfer hədəfi odur

Postekoğlunun yanvardakı əsas transfer hədəfi odur

"Tottenhem"in bu qış heyətə qatmaq istədiyi əsas transfer hədəfi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı "Evening Standard" yayıb.

Xəbərə görə, bu, "Nitsa"nın müdafiəçisi Jan-Kler Todibodur. Mənbə Hotspur təmsilçisinin baş məşqçisi Angelos Postekoğlunun Jan-Klerin keçidi ilə bağlı rəhbərliklə danışdığını və Fransa klubunun 23 yaşlı oyunçunu 44 milyon avroya sata biləcəyini vurğulayıb. Todibo ilə "Liverpul" və "Mançester Siti" kimi İngiltərə nəhənglərinin də maraqlandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, sözgedən futbolçu cari mövsüm "Nitsa" forması ilə Liqa 1-də 11 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. Todibonun Fransa təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. "Transfermarkt" portalı onun transfer qimətini 30 milyon avro ilə dəyərləndirir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər