Poqbanın transferi ilə bağlı önəmli AÇIQLAMA

Poqbanın transferi ilə bağlı önəmli AÇIQLAMA

Adı "Real" və "Mançester Yunayted"lə yanaşı çəkilən Paul Poqbanın transferi ilə bağlı açıqlama verilib. Fanat.az xəbər verir ki, futbolçunun meneceri Mino Riola onun başqa kluba keçidi ilə bağlı danışıb.

"The Times"a danışan menecer bildirib ki, fransız futbolçu "Yuventus"dan ayrılmağa tələsmir: "Son günlər Poqbanın gələcəyi ilə bağlı bir çox xəbərlər çıxdı. Ancaq Paul "Yuventus"dan ayrılmaya bilər. O, 2014-cü ildə klubu ilə 5 illik müqavilə imzalayıb. Burdan ayrılmağa tələsmir. Çünki burda çox xoşbəxtdi. "Yuventus" da onun getməsini imtəmir. Yəni Poqbanı göndərmək istəyən deyil, saxlamaq istəyən bir klub var".

Qeyd edək ki, "Real" və "Mançester Yunayted"in bu futbolçu üçün "Yuventus"a 100 milyon avrodan artıq pul təklif etdiyi deyilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər