"Yuventus"un maliyyə direktoru Françesko Kalvo Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Frayburq"la oyundan öncə toplantıya gecikdiyi üçün adı matçın iştirak ərizəsinə salınmadığı deyilən Pol Poqbanın cəzalandırılacağını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" onun dediklərini belə çatdırıb:
"Bəli, o, toplantıya gecikmişdi. Bəlli məsələdir ki, bütün futbolçular qaydalara əməl etməlidir. Poqbanın adının iştirak ərizəsinə salınmaması və cərimələnməsi düzgün qərardır".
Qeyd edək ki, "Yuventus"a 2022-ci ilin yayında qoşulan Poqba zədələr üzündən bu mövsüm cəmi 2 oyuna çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat