Poqbadan "Yuventus"u şoka salacaq AÇIQLAMA

Poqbadan "Yuventus"u şoka salacaq AÇIQLAMA
Paul Poqba "Yuventus"dan gedəcəyinə işarə vurub. Fanat.az xəbər verir ki, "Bavariya" ilə oyundan sonra açıqlamalar verən fransalı ulduz gələcəyi ilə bağlı müəyyən siqnallar verib.
Komandadakı taleyi ilə bağlı danışan Poqba "Yuventus"un mənim üçün etdiklərini əsla unutmayacam. Burda olduğum müddətdə bu gözəl komandanın qazanması üçün əlimdən gələni edəcəm. Amma "Yuventus" önəmli oyunçuları komandadan getsə belə qazanmağa davam edəcək" deyə futbolçu bildirib.
Avropa mediası bu açıqlamanı "ayrılıq siqnalı" olaraq dəyərləndirib.
Qeyd edək ki, "Yuventus" 2012-ci ildə Poqbanı "Mançester Yunayted"dən pulsuz transfer edib. Gənc uluduzu "Real", "Barselona", "Mançester Siti", "Mançester Yunayted", PSJ və başqa klublar istəyir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər