"Yuventus"un 2012-ci ildə "Mançester Yunayted"dən transfer etdiyi gənc oyunçusu Paul Poqba gələn mövsüm də klubda qalacağını bildirib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Poqba "Gələn mövsüm də klubda qalacam. Mənim gələcəyim bu klubdadır. Bu mövsüm mənim üçün yaxşı keçdi. Torinoda özümü çox yaxşı hiss edirəm və "Yuve"də olduğum üçün çox xoşbəxtəm", deyib.
26 yaşlı fransız oyunçunun 2016-cı ilə qədər klubla müqaviləsi var.
İdman24.az