"Mançester Yunayted"in və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba "Yuventus"a dönəcəyi ilə bağlı dolaşan informasiyalara münasibət bildirib.
Fanat.Az "Mediaset"ə istinadən xəbər verir ki, mövsümün sonunda "qırmızı şeytanlar"la olan müqaviləsinin müddəti başa çatacaq ulduz futbolçu belə danışıb:
"Turin xoşuma gəlir! "Yuventus"dakı komanda yoldaşlarımla tez-tez danışıram. Məsələn, Dibala ilə... Hazırda "Mançester Yunayted"də çıxış edirəm. İyuna qədər burda qalacağım dəqiqdir. Müqaviləmin müddəti başa çatanadək özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm. Sonrasına baxarıq".
Poqba 2012-2016-cı illər aralığında "Yuventus"un uğurları üçün çalışıb. Ardından isə 105 milyon avro qarşılığında yetirməsi olduğu MY-yə transfer edilib.
Nihat