"Yuventus"un fransalı yarımmüdafiəçisi Pol Poqba klubun tələbinə baxmayaraq, zədəli dizindən əməliyyat olunmaqdan imtina edib.
Fanat.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, Fransa millisinin üzvü məşq zamanı zədələnib və iki ay yaşıl meydanlardan kənarda qala bilər.
Futbolçu İtaliyaya qayıtmaq üçün “qoca sinyora”nın ABŞ-dakı düşərgəsini tərk edib.
O, bir neçə tibbi müayinədən keçərək dizinin konservativ üsullarla sağalacağına ümid edir. "Yuve" rəhbərliyi isə əməliyyatın vacib olduğunu düşünür.
Emin