UEFA-nın keçmiş başqanı Mişel Platini Kriştiano Ronaldonun 112 milyon avroya "Real”dan "Yuventus”a transfer olunmasına şərh verib.
Fanat.Az-ın Fransa mətbuatına istinadən məlumatına görə, Fransa millisinin sabiq forvardı belə deyib:
"Məncə, bu çox qəribə keçiddi. Ronaldonun 33 yaşı var. Portuqaliyalı "Real”la 3 dəfə Çempionlar Liqasının qalibi olsa da, yeni macəra axtarışına çıxıb. Yaxşı xatırlayıram, mənim 32 yaşım olanda bir neçə klub müqavilə təklifi göndərmişdi. Amma razılaşmadım, karyeramı bitirdim. Çünki yorulmuşdum, oynamaqdan doymuşdum”.
Xatırladaq ki, Ronaldo "Real”ın prezidenti Florentino Peresdən yeni müqavilə və sazişin hər ili üçün 30 milyon avro məvacib istəmişdi. Lakin Peres razılaşmamış və superulduzun "Yuventus”a getməsinə icazə vermişdi.
Fanat.Az