Pirlo "Yuventus"dan ayrıla bilər

Pirlo "Yuventus"dan ayrıla bilər
"Yuventus” baş məşqçisi Andrea Pirlo ilə yolları ayıra bilər. 
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport” məlumat yayıb. 
Nəşrin yaydığı xəbərə görə, Turin klubunun rəhbərliyi 41 yaşlı mütəxəssisə iki oyunluq şans verib. Əgər komanda A Seriyasının "Torino” və "Napoli” ilə görüşlərində xal itirsə, klub rəhbərliyi Pirlo ilə vidalaşacaq. 
Qeyd edək ki, "Yuventus" aprelin 3-də "Torino” ilə səfərdə, 7-də isə "Napoli” ilə evdə qarşılaşacaq.
Xatırladaq ki, Pirlo 2020-ci ilin avqustundan "Yuventus”u çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv A Seriyasında 3-cü sıradadır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər