Andrea Pirlo "Yuventus"un U-23 komandasını çalışdırmağa razılıq verib.
Fanat.Az jurnalist Fabritsio Romanonun "Twitter" hesabına istinadən xəbər verir ki, təyinat yaxın günlərdə rəsmiləşəcək. Pirlo sözügedən postda Fabio Pekkyunu əvəzləyəcək.
"Yuventus"un prezidenti Andrea Anyelli 41 yaşlı mütəxəssisin bir neçə il təcrübə topladıqdan sonra əsas komandanı çalışdırmasını istəyir.
Pirlo 2011-2015-ci illər aralığında "Yuventus"da çıxış edib. İtaliyalı peşəkar futbolçu karyerasını 2017-ci ildə bitirib.
Fanat.Az