Pepe ÇL tarixində bunu bacaran 3 futbolçudan biri oldu

Pepe ÇL tarixində bunu bacaran 3 futbolçudan biri oldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan İtaliyanın “İnter” komandası ilə oyun “Porto”nun müdafiəçisi Pepe üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, o, ÇL-in pley-off mərhələsində səfər oyununa çıxan ən yaşlı üçüncü futbolçuya çevrilib - 39 yaş 361 gün.

Bu baxımdan Pepeni yalnız 40 yaşını tamamladıqdan sonra pley-off matçına çıxan iki oyunçu qabaqlayır: 40 yaş 123 günündə Rayan Giqqz (2013/14 mövsümündə), 40 yaş 2 günündə isə Alessandro Kostakurta (2005/06).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər