Pep Qvardiola "Yuventus"da?

Pep Qvardiola "Yuventus"da?
"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola "Yuventus"un baş məşqçisi ola bilər.
Fanat.Az "The Sun”a istinadən xəbər verir ki, Turin klubunun prezidenti Andrea Anyelli kataloniyalı mütəxəssisi komandanın başına gətirmək istəyir. O hesab edir ki, Qvardiola "Yuventus"u Çempionlar Liqasında çoxdan gözlənilən qələbəyə apara bilər. 
Qeyd edək ki, ötən gün Turin klubunun komandanın son nəticələri ilə əlaqədar Maurisio Sarrini istefaya göndərə biləcəyi ilə bağlı xəbər yayılıb. 
Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2021-ci ilin iyununa qədər nəzərdə tutulub. Onun illik maaşı 23,5 milyon avrodu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər