Türkiyənin "Altınordu" klubunun rəsmi saytı 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Timur Temeltaşla bağlı yazı hazırlayıb. Fanat.az xəbər verir ki, yazıda futbolçunun karyerası, "Bayer"də oynadığı dövrlər və həyatındakı dönüş nöqtəsi olan Pele ilə görüş barədə məlumat verilib.
"Altınordu"nun qürbətçi futbolçusu Timur Temeltaşın futbol karyerası "Bayer" forması geyindiyi zaman əfsanəvi futbolçu Pele ilə görüşməsinin ardından tamamilə dəyişib. 15 yaşında olduğu zaman Leverkuzen təmsilçisi ilə birlikdə Qətərdə keçirilən bir turnirə gedən Timur Temeltaş orda dünyanın gəlmiş-getmiş ən böyük futbol ulduzu adlandırılan Pele ilə tanış olub. Braziliyalı ilə uzun müddət söhbət etmək şansı qazanan və ondan nəsihətlər alan gənc oyunçu bunun sayəsində karyerasını yenidən formalaşdırıb", deyə yazıda qeyd edilir.
Almaniyada çox sayda turnirə qatıldığını, Maradona ilə tanış olduğunu bildirən Temeltaş "Pele Qətərdəki bir matçdan sonra paltardəyişə otağında mənimlə danışarkən çatışmamazlıqlarımı tək-tək söylədi. Özünün də futbola bizim kimi başladığını və yüksək səviyyəyə gələ bilmək üçün çox çalışmağımızın və çatışmamazlıqlarımızın üzərində işləməyimizin vacibliyini bildirdi. Sadə bir cümlə kimi görünən bu sözləri Peledən eşitmək təsirli oldu. O vaxtdan daha yaxşı olmaq üçün daha artıq çalışıram", deyib.
Futbola Almaniyada yaşadığı ərazini təmsil edən "VFL Findorf"un kənd komandasında başlayan və burda 3 il oynayan Temeltaş "Bayer"ə keçidindən danışıb: "2000-ci ildə "Bayer"in seleksiya toplanışında bəyənildim. Futbolun sirrlərini Leverkuzen klubunda öyrəndiyimi deyə bilərəm. Mənim üçün uşaqlıqda sadəcə bir hobbi olan futbolda özümə gələcək qura biləcəyimi öncə Peledən, daha sonra "Bayer"dən öyrəndim. İlk peşəkar müqaviləmi "Altınordu" ilə bağlayaraq yeni bir gələcək üçün ilk addımlarımı atdım".
Hücumçuların arxasında oynamağa başladığı karyerasında məşqçilərin məsləhəti ilə ön libero möqeyinə keçdiyini deyən gənc futbolçu "Bayer"dəki məşqçisinin sayəsində düşüncəsinin dəyişdiyini bildirib: "İkili mübarizəni sevmirdim. Ancaq belə bir düşüncə də uğur qazanmağım mümkün deyildi. "Bayer"dəki məşqçimin sayəsində mövqeyimi dəyişdim. "Altınordu" ilə gözəl bir mövsüm keçirmək və çempion olaraq PTT 1-ci liqaya yüksəlmək istəyirəm. Daha sonrakı hədəfim isə Super Liqaya çıxmaqdı".
Fanat.az