İngiltərə mətbuatı cinsi istismar ittihamı ilə həbs cəzası aldığı üçün "Sanderlend" və milli komandadan qovulan Adam Yohnsonla bağlı yeni xəbər yayıb. Fanat.Az xəbər verir ki, 15 yaşlı qızla cinsi əlaqəyə girdiyi üçün 6 illik həbs cəzası alan futbolçunun Türkiyəyə transfer oluna biləcəyi deyilir.
6 illik həbs cəzasının iki ili başa çatan Adamın karyerasını davam etdirəcəyi, amma Avropada oynaya bilməyəcəyi deyilir. "The Sun"a danışan futbolçuya yaxın mənbə Yohnsonun Türkiyə və Çində oynayacağını deyib.
Fanat.Az