Paytaxt klubunda kapitanla yeni müqavilə

Paytaxt klubunda kapitanla yeni müqavilə

İspaniyanın "Atletiko" klubu futbolçusu Koke ilə müqavilənin müddətini uzadıb.

Fanat.Az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, kapitanın yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Təcrübəli yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 39 matçda iştirak edib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

"Atletiko"nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, paytaxt klubu ilə iki dəfə La Liqanın, iki dəfə Avropa Liqasının, eyni sayda UEFA Superkubokunun qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər