Milinko Pantiç "Xəzər Lənkəran"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın serb baş məşqçisi futbolçuların maaş almaması ilə bağlı xəbərləri təkhib edib:
"Komandamdan çox razıyam, qələbəyə görə çox şadam. "Xəzər Lənkəran"da fərdi baxımdan çox yaxşı futbolçular toplanıb. Bu gün 3 gənc futbolçuya oynamaq şansı verdim. Bu futbolçular ölkənin gələcəyidi. Vüqar Mustafayev debüt oyununda gözəl oynadı. Çox qol epizodumuz oldu, yararlana bilmədik, lakin ikinci hissədə üç qol vuraraq qələbə qazandıq. “Bakı”da futbolçuların məvacıb almaması haqqında şaiyələr yalandı. Bizim çox yaxşı prezidentimiz var, hər ay əmək haqqımızı alırıq".
Fanat.az