"Onun müqaviləsinin müddətini indi uzadardım, amma..." - Xavi

"Onun müqaviləsinin müddətini indi uzadardım, amma..." - Xavi

"Barselona"nın baş məşqçisi Xavi Kataloniya komandasını tərk edəcəyi gözlənilən Usman Dembele ilə bağlı mövqeyini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis AS nəşrinin jurnalistinə verdiyi müsahibədə Usmanın performansından təəccübləndiyini bildirib. 

- Dembeledə dəyişiklik müşahidə edirsiniz?

- Usmanın komandaya münasibəti və məşqlərə yanaşması yaxşı nümunədir. Onun çox motivasiyalı və xoşbəxt olduğunu görürəm. Dembelenin çıxışı məni yaxşı mənada təəcübləndirir. Təsadüfi deyil ki, o, hətta həftə sonları da məşq edir.

- Usmanın qalıb-qalmayacağının dəqiqləşəcəyi vaxtı gözləməyə hazırsınız?

- Bu, danışıqların hansı səviyyədə getməsindən asılıdır. Klub mənim əsas planlarımdan xəbərdardır və biz bu istiqamətdə işləyirik.

İmkanım olsaydı, onun müqaviləsinin müddətini elə indi uzadardım. Amma maddi cəhətdən yaxşı vəziyyətdə deyilik. Buna baxmayaraq, bilirəm ki, klub bu məsələ üzərində işləyir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər