"Onların əziyyət çəkdiyini görmək ürəyimi ağrıdır" - "Barselona"nın sabiq ulduzu

"Onların əziyyət çəkdiyini görmək ürəyimi ağrıdır" - "Barselona"nın sabiq ulduzu

"Barselona"nın keçmiş yarımmüdafiəçisi, hazırda Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunda çıxış edən İvan Rakitiç Kataloniya klubunun hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Marca" xorvat futbolçunun dediklərini belə çatdırıb:

"Barsa" altı ildir mənim evimdir. Keçmiş komandamı izləyirəm və onların əziyyət çəkdiyini görmək ürəyimi ağrıdır. Xavi futbolu hər birimizdən daha yaxşı başa düşən biridir, inşallah o, vəziyyəti dəyişər. Hərçənd, nəticələr bəzilərinin iddiasının əksinə, o qədər də fəlakətli deyil. Klub da ağır iqtisadi vəziyyətlə üzləşib. Ümid edirəm ki, "Barsa" yenidən parlaya bilər”.

Xatırladaq ki, Rakitiç 2014-2020-ci illərdə "Barselona"da çıxış edib. Bu müddət ərzində xorvatiyalı futbolçu bütün turnirlərdə 310 matçda iştirak edib, 35 qol vurub və 42 məhsuldar ötürmə edib.

"Barselona" La Liqada 28 oyundan sonra 61 xalı olan hazırda ikinci pillədə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər