Olmo "Real Madrid"ə satılır? - Klub rəsmisi açıqladı

Olmo "Real Madrid"ə satılır? - Klub rəsmisi açıqladı

Almaniyanın "Leyptsiq" klubunun yarımmüdafiəçi Daniel Olmo barədə yekun qərarı bəlli olub.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano klubun İdarə Heyətinin məsləhətçisi Oliver Mintslafın bu barədə dediklərini sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:

"Dani bu mövsüm "Leyptsiq"in bir parçası olacaq. Onun xidmətində kim maraqlı olsa da, burada qalacaq".

Xatırladaq ki, Olmo ilə "Mançester Siti", "Bayern Münhen" və "Real Madrid"in maraqlandığı barədə məlumatlar yayılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər