Olmo "Barselona"da rekorda şərik oldu - Bunu yalnız İbrahimoviç, Fabreqas və Stoiçkov bacarmışdı

Olmo "Barselona"da rekorda şərik oldu - Bunu yalnız İbrahimoviç, Fabreqas və Stoiçkov bacarmışdı

"Barselona" ötən gün İspaniya La Liqasının 5-ci turunda "Jirona"nı məğlub edib (4:1).

Fanat.Az xəbər verir ki, kataloniyalıların qollarından birini Dani Olmo vurub. 

Bu, onun yeni klubunda üç oyunda üçüncü qoludur.

"Opta"nın hesablamasına görə, Olmo "Barselona"nın heyətində La Liqada keçirdiyi ilk üç matçın hər birində qol vuran 4-cü oyunçu oldu. 

Ondan əvvəl bunu Hristo Stoiçkov, Zlatan İbrahimoviç və Sesk Fabreqas edirdi.

"Barselona" 5 turdan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər