Okan Buruk Avropa və Ərəbistan klublarının hədəfindədir

Okan Buruk Avropa və Ərəbistan klublarının hədəfindədir

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk uğurlu performansı ilə bir neçə xarici klubun transfer siyahısına düşüb.

Fanat.Az xəbər verir ki, "Tuttomercato" nəşrinin yaydığı məlumata görə, təcrübəli mütəxəssislə İngiltərənin "Tottenhem", İtaliyanın "Latsio" və Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubları yaxından maraqlanır.

Xüsusilə Avropa təmsilçilərinin Burukun oyun fəlsəfəsini və komanda idarəçiliyini yüksək qiymətləndirdiyi bildirilir.

Okan Burukun "sarı-qırmızılılar"la müqaviləsi davam etsə də, gələn rəsmi təkliflərin onun gələcək karyerasına təsir edə biləcəyi vurğulanır.

Hazırda mütəxəssisin diqqətini tamamilə komandasının çempionluq yarışına yönəltdiyi qeyd olunur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər