"O, yeni del Pyero olacaq" - Terim "Yuventus"dakı türkü göylərə qaldırdı

"O, yeni del Pyero olacaq" - Terim "Yuventus"dakı türkü göylərə qaldırdı

"Panatinaikos"un  baş məşqçisi Fatih Terim "Yuventus"da çıxış edən Kənan Yıldız barədə İtaliya mətbuatına maraqlı açıqlamalar verib.

Fanat.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis "La Gazzetta dello Sport" belə danışıb:

"Yuventus"da olmağı onun üçün böyük üstünlükdür. "Yuventus" yalnız bir komanda deyil, həm də bir məktəbdir. Alleqri dünya səviyyəli məşqçidir. Ümid edirik ki, Kənan yeni del Pyero olacaq".

Qeyd edək ki, Yıldızın "Yuventus"la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər