"O, getməsəydi, Xviça indi "Yuventus"da idi" - Kvaratsxeliyanın agenti

"O, getməsəydi, Xviça indi "Yuventus"da idi" - Kvaratsxeliyanın agenti

İtaliyanın "Napoli" klubunun və Gücüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın agenti Mamuka Cuqeli maraqlı faktların üstünü açıb.

Fanat.Az "Çempionat"a istinadən xəbər verir ki, Cuqeli belə danışıb:

"Xviça "Yuventus"la müqavilə şərtlərini razılaşdırmışdı. Amma klubun idman direktoru Fabio Paratiçi postunu tərk etdi. O, vəzifəsində qalsaydı, Kvaratsxeliya indi "Yuventus"da idi.  

"Milan" variantı niyə alınmadı? Bu klubun idman direktoru ilə danışsaq da, onlar tərəddüd edirdilər. Real təklif göndərmədilər...

 Xviçanı "Tottenhem" icarəyə götürmək istəyirdi. Amma futbolçu özü razılaşmadı".

Xatırladaq ki, Xviça  Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər