"Barselona"nın baş məşqçisi Kike Setyen komandadakı gələcəyi barədə danışıb.
Fanat.Az İspaniyanın "Sport" nəşrinə istinadən xəbərr verir ki, Setyen növbəti mövsüm də işinin başında olacağına inandığını bildirib:
"Təbbi ki, növbəti mövsüm özümü "Barselona"nın baş məşqçisi kimi görürəm. Hazırda baş verənlər daha əvvəl də olub. Sadəcə, bəzən hədəflərinə çata bilmirsən. Reallıq bundan ibarətdi. Və ya hədəflərinə çatırsan, amma işiniz təkcə bunun əsasında dəyərləndirilmir.
Yalnız nəticələr əsasında danışmıram. Gördüyünüz işlərin yaxşı olub-olmaması da önəm kəsb edir. Mən belə yanaşıram və işimin bu nöqteyi-nəzərdən qiymətləndirilməsini istərdim. Bu mövsüm hələ də daha artığını etmək üçün şansımız var. Ümumilikdə isə növbəti mövsüm də işimin başında olacağımı düşünürəm".
Fanat.Az