Noyer 4 illik müqavilə tələb edir, "Bavariya" razılaşmır

Noyer 4 illik müqavilə tələb edir, "Bavariya" razılaşmır
"Bavariya"nın qolkiperi Manuel Noyer hələ də klubla yeni müqaviləni razılaşdıra bilməyib.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Noyer müqaviləsinin 2025-ci ilə kimi uzadılmasını istəyir. Onun 2025-ci ildə 39 yaşı olacaq.
"Bavariya" isə bu mövzuda Noyerlə həmfikir deyil. Münhen klubu alman qolkiperə 2 illik sözləşmə təklif etməyə hazırdı. Bu yay "Şalke"dən Aleksandr Nübel komandaya qoşulacaq. Onun uzun müddət ehtiyatda qalması "Bavariya"nın planlarına daxil deyil.
Qeyd edək ki, Noyerin müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər