Niko Uilyams "Barselona"dan üz çevirib İngiltərəni seçdi - SON DURUM

Niko Uilyams "Barselona"dan üz çevirib İngiltərəni seçdi - SON DURUM

"Atletik"in və İspaniya millisinin vingeri Niko Uilyams karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, bu barədə nüfuzlu AS nəşri məlumat yayıb. 

Mənbənin məlumatına görə, komandanı tərk edəcəyi gözlənilən ispaniyalı vingerin “Barselona”ya keçidi gündəmdə olsa da, o, böyük ehtimalla “transfer pəncərəsi”nin sonuna qədər "Dumanlı Albion"a yollanacaq. Belə ki, “Arsenal” Niko üçün hərəkətə keçib. London klubunun baş məşqçisi Mikel Arteta onunla danışıb və razı sala bilib. Artıq klublar arasında danışıqlar başlayıb.  

22 yaşlı yarımmüdafiəçi ötən mövsüm La Liqada 31 oyuna çıxıb, 5 qol vurub və 11 məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər