Neymarın müqaviləsi üzə çıxdı - ŞOK DETALLAR

Neymarın müqaviləsi üzə çıxdı - ŞOK DETALLAR
"Football Leaks 2015" saytı daha bir məşhur futbolçunun müqaviləsini yayımlayıb. Fanat.az xəbər verir ki, sayt bu dəfə "Barselona"lı Neymarın anlaşmasını üzə çıxarıb.
Saytın yaydığı müqavilədən görünür ki, Neymar "Barselona"dakı 5 il ərzində 45,9 milyon avro qazanacaq. 
Braziliyalı ulduzun anlaşmasında maraqlı maddələr var. Belə ki, o, komandanın mövsüm ərzində keçirdiyi oyunların 60 faizində oynayacağı halda 1 milyon avro bonus qazanacaq. Neymar Çempionlar Liqasında oynayacağı halda 637, komanda Çempionlar Liqasında 1/8 finala çıxacağı halda 425, La Liqada çempion olsalar 637, Çempionlar Liqasını qazansalar 850, "Kral Kuboku"nun qalibi olsalar 850 min avro alacaq. 2013-cü ildə "Santos"dan transfer olunan futbolçu "Ballon d`Or"u qazanmaqla daha 425 min avro əldə edə bilər.
Müqaviləyə əsasən "Barselona" 190 min avro təklif alacağı halda Neymarın müqaviləsini birtərəfli qaydada romazağa məcburdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər