Neymarı transfer edə biləcək 3 klub var - Rəsmi açıqlama

Neymarı transfer edə biləcək 3 klub var - Rəsmi açıqlama
Neymarın menceri Vaqner Riberyo maraqlı açıqlamalar verib. Fanat.az xəbər verir ki, menecer müştərisini transfer edə biləcək 3 klubun olduğunu bildirib.
"Barselona" Neymara 190 milyon avro qiymət qoyub. "Radio Jovem Pan"a danışan menecer bildirib ki, dünyada bu məbləği ödəyə biləcək 3 klub var: "Dünyada Neymarın 200 milyona avroya yaxın transfer haqqını ödəyə biləcək sadəcə 3 klub var. Bundan daha artığını deyə bilmərəm. Amma bir şeyi qeyd edim ki, Neymar "Barselona"da xoşbəxtdi"
Qeyd edək ki, Neymarı "Real", PSJ və "Mançester Yunayted"in transfer etmək istədiyi deyilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər