Neymardan sonra "Barselona"ya Suares şoku

Neymardan sonra "Barselona"ya Suares şoku

Neymarın gedişinə və Super Kubokda "Real"a məğlubiyyətlərə üzülən "Barselona"lılar daha bir bəd xəbər alıb. Fanat.Az xəbər verir ki, bu dəfə komandanın əsas simalarından biri olan Luis Suares sıradan çıxıb.

"Real"a 0:2 hesablı məğlub olduqları matçda zədələnən uruqvaylı ulduzun sağ dizində şiş tapılıb. Bu səbəbdən o, bir ay yaşıl meydanlardan uzaqda qalacaq. Suares La Liqada "Betis", "Alaveş", "Espanyol" və "Xetafe" matçlarında oynaya bilməyəcək. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər