Neymardan sonra daha bir fantastik transfer: rekord qırılır

Neymardan sonra daha bir fantastik transfer: rekord qırılır

222 milyon avroya Neymarı transfer edən PSJ daha bir dünya ulduzunu heyətinə qatır. Fanat.Az xəbər verir ki, Paris klubu bu dəfə "Atletiko"nun qapıçısı Jan Oblakı hədəfə alıb.

Portuqaliyanın məşhur "A Bola" qəzeti iddia edir ki, PSJ Neymarın transferində olduğu kimi, sloveniyalı qapıçının da müqaviləsindəki bənddən yararlanmaq istəyir və 100 milyon avroluq təzminatı ödəmək fikrindədi. 

Bu transfer reallaşacağı halda, daha bir rekord qırılacaq. Belə ki, Oblak Canliuci Buffonu keçərək futbol tarixinin ən bahalı qapıçısı olacaq. 

Qeyd edək ki, Oblak 2014-cü ildə "Benfika"dan "Atletiko"ya 14 milyon avroya transfer olunub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər