Neymardan "Barselona"ya qarşı şok addım

Neymardan "Barselona"ya qarşı şok addım
Neymar "Barselona"nı məhkəməyə verib. Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu keçmiş klubundan 30 milyon avro tələb edir.
Belə ki, futbolçu PSJ-yə transfer olunmazdan əvvəl "Barselona" ilə imzaladığı müqaviləyə görə klubdan 26 milyon avro və illik 10 faiz tələb edir. Bu isə ümumilikdə 30 milyon avro deməkdi.
"Barselona"nın da keçmiş futbolçusuna qarşı məhkəmə iddiası qaldıracağı deyilir. Kataloniya klubu sözügedən müqavilənin ilk bəndində yer alan bonuslarla birlikdə PSJ-yə transferinin yaratdığı maddi zərəri faizi ilə birlikdə tələb edəcək.
Qeyd edək ki, Neymar PSJ-yə 222 milyon avroya transfer olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər