Neymar qovuldu, "Barselona" uduzdu - VİDEO

Neymar qovuldu, "Barselona" uduzdu - VİDEO

İspaniya La Liqasının XXXI turunda "Barselona" "Malaqa"nın qonağı olub. Fanat.Az xəbər verir ki, Kataloniya klubu səfər matçında 0:2 hesablı məğlubiyyətə üzülüb.

"Malaqa"nın heyətində Sandro Ramirez və Coni fərqlənib. 65-ci dəqiqədə qırmızı vərəqə alan Neymar "Barselona"nı azlıqda qoyub.

Qeyd edək ki, "Barselona" 31 oyunda 69 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Kataloniya klubu bir oyun keçmiş lider "Real"dan 3 xal geri qalır. "Malaqa" isə 31 oyundan sonra 33 xalla 14-cü yeri tutur.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər