"Barselona" ulduz futbolçusu Neymarla müqavilənin müddətini yeniləyir. Fanat.az xəbər verir ki, artıq tərəflər arasında ilkin razılıq əldə olunub.
İspaniya mətbuatının yaydığı məlumata görə, Kral Kubokunun final matçından tərəflər masaya oturacaq. Anlaşmaya görə, Neymar 2022-ci ilə qədər Kataloniya təmsilçisinin şərəfini qoruyacaq. Əgər bu müddətdən tez hər hansı bir klub "sambaçı"nı transfer etmək istəyərsə, o zaman "Barselona"ya 220 milyon avro ödəniləcək.
Qeyd edək ki, braziliyanın "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2018-ci ilin yayına qədərdi.
Fanat.az