Braziliya millisinin və PSJ-nin ulduz futbolçusu Neymar "Fenomenos"a müsahibəsində uşaqlıq xatirələrindən bəhs edib.
Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçu 10 yaşında ikən "Real Madrid"dən dəvət aldığını açıqlayıb:
"10 yaşım olanda "Real Madrid" məni baxışa dəvət etdi. Həyəcanlanmışdım. Çox sevindim. Gücümü sınamaq üçün bir həftə orada qaldım. Bu proses dörd-beş gün davam etdi. Beşinci gün məni Barselonada keçirilən turnirə aparmaq istədilər, amma mən qayıtdım. Ev üçün çox darıxmışdım və evə getmək istəyirdim. "Real Madrid"in əsas komandasına yetişdirilməyim üçün hər şey hazır idi”.
Qeyd edək ki, peşəkar karyerasına vətəninin "Santos" klubunda (2009) başlayan Neymar 2013-cü ildə İspaniya nəhəngi "Barselona"ya transfer olunub. 2017-ci ildə isə 222 milyon avro qarşılığında Fransa PSJ-sinə keçib.
Röya