Nazim Süleymanovu baş məşqçi təyin edən "Sumqayıt" yay fasiləsində ilk transferini edib.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Əfran İsmayılovu heyətinə qatıb. Artıq tərəflər razılığa gəlib və rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, Əfranın son iş yeri "Qarabağ" olub. Milli komandada 38 oyun keçirərək 5 qol vuran 29 yaşlı yarımmüdafiəçi Ağdam klubundan başqa "Turan", "Bakı", "Xəzər Lənkəran" və "İnter"də də çıxış edib.
"Sumqayıt"ın "Qəbələ"dən ayrılan Elvin Məmmədovla "Kəpəz"i tərk edən Şəhriyar Əliyevi də heyətinə qatacağı deyilir.
Fanat.Az