Nazarovun komandası Almaniya Kubokuyla erkən vidalaşdı

Nazarovun komandası Almaniya Kubokuyla erkən vidalaşdı
Almaniya Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge” də ilk matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə "İnqolştadt”a uduzub – 1:2. Bu məğlubiyyət nəticəsində futbolçumuzun komandası kubokla erkən vidalaşıb.
 
Nazarov 46-cı dəqiqədə meydana buraxılıb və sonadək oynayıb.
 
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər