Nail Nurəddinoğlu "Futbolustan"la qayıtdı

Nail Nurəddinoğlu "Futbolustan"la qayıtdı
Yeni idman saytı açılıb. Fanat.az xəbər verir ki, Nail Nurəddinoğlunun rəhbərliyi altında  futbolustan.com saytı fəaliyyətə başlayıb.
Həmkarımız saytın məqsədlərindən danışıb: "Məqsəd əvvəl necə, indi də elə: gördüyümüzü yazmaq. Bu sayt həm də açıq tribuna olacaq. İstəyən öz fikrini buradan dəyişdirilmədən, kimlərinsə marağına uyğunlaşdırılmadan yaza, deyə bilər. Mən idman mediasına qayıtmamışam, çünki burdan getməmişdim. Həmişə peşəkarların, azsaylı obyektiv yazarların, KİV-lərin yanında olmuşam, nəhayət, dostların istəyi ilə real işə keçdim, yəni saytı açdıq və başladıq yazmağa. Ən azı fərqli nəsə olmayacaqdısa, açmazdım, demək, gözləməyə dəyər, oxuyanlar görəcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər