MY və MS istəyir, "Barselona" satmır

MY və MS istəyir, "Barselona" satmır
Mançester nəhəngləri "Barselona"nın hücumçusu Antuan Qrizmannı transfer etməyə çalışırlar. 
 
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Mançester Siti" və "Mançester Yunayted" Qrizmanna görə "Barselona"ya təklif göndəriblər. Katalon klubunun "yox" cavabı verdiyi və fransız futbolçunu satmaq niyyətində olmadığı bildirilir.
"Blauqrana" rəhbərliyi Qrizmannı komandanın önəmli oyunçusu hesab edir. 29 yaşlı forvardın özünün də bu yay "Barsa"dan ayrılmaq niyyəti yoxdu.
Cari mövsümdə La Liqada 32 matçda meydana çıxan Qrizmannın aktivində 8 qol, 5 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər