MY Onanadan sonra gənc danimarkalını transfer edəcək - MƏBLƏĞ

MY Onanadan sonra gənc danimarkalını transfer edəcək - MƏBLƏĞ

"Mançester Yunayted" yeni hücumçu transfer etməkdə israrlıdır.

Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Atalanta"nın və Danimarka millisinin hücumçusu Rasmus Höylunnu rənglərinə bağlayacaq.

Mənbə MY-nin bu transferi "İnter"in qapıçısı Andre Onananın keçidini rəsmiləşdirəndən sonra həyata keçirəcəyini vurğulayıb. Xəbərə görə, İtaliya təmsilçisi 20 yaşlı forvardı azı 70 milyon avroya satmağı planlaşdırır.

Daha öncə mankunianların Höylunnun özü ilə şəxsi müqavilənin detallarının razılaşdırdığı barədə məlumatlar yayılıb.

Rasmus 2022/2023 mövsümündə "Atalanta" forması ilə bütün turnirlərdə 34 matça çıxıb. Bu qarşılaşmalarda 10 qol vuran forvard 2 məhsuldar ötürmə ilə də yadda qalıb. Sözügedən futbolçunun Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər