MY Maquayrla müqavilə yenilədi - RƏSMİ

MY Maquayrla müqavilə yenilədi - RƏSMİ

"Mançester Yunayted" mərkəz müdafiəçisi Harri Maquayr ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.

Arxa xətt oyunçusu müddəti 2027-ci ilin yayına qədər olan anlaşmaya imza atıb. Sazişin sonradan daha 1 il uzadılması da nəzərdə tutulub.

Qeyd edək ki, MY-yə 2019-cu ildə transfer olunan Maquayr klubunun forması ilə 266 matça çıxıb. O, Mançester təmsilçisinin sıralarında İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər