MY Erik ten Haq dönəmində transferlərə nə qədər xərcləyib? - MƏBLƏĞ

MY Erik ten Haq dönəmində transferlərə nə qədər xərcləyib? - MƏBLƏĞ

"Mançester Yunayted"in bu gün istefaya göndərilən baş məşqçi Erik ten Haq komandaya rəhbərlik etdiyi dönəmdə transferlərə nə qədər pul xərclədiyi bəllidir.

Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi niderlandlı mütəxəssis bu postu tutandan - 2022-ci ilin aprelindən bəri heyətə yeni oyunçuların cəlb edilməsinə 650 milyon avrodan çox xərcləyib.

Bunlar yarımmüdafiəçi Kazemiro, vinger Andre Onana, müdafiəçi Lisandro Martines, hücumçu Rasmus Hoylund və yarımmüdafiəçi Meyson Mauntdur.

Xatırladaq ki, ten Haqın müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu. Onun funksiyasını müvəqqəti olaraq həmyerlisi, bunadək köməkçi məşqçi qismində fəaliyyət göstərən Rud van Nistelroy yerinə yetirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər