MY Bremerə görə "Yuventus"a pul da təklif etdi, bu oyunçusunu da

MY Bremerə görə "Yuventus"a pul da təklif etdi, bu oyunçusunu da

"Yuventus"un müdafiəçisi Qleyson Bremer "Mançester Yunayted"in yay transfer hədəfidir.

Fanat.Az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.

Xəbərə görə, Turin nəhəngi futbolçusuna 60-70 milyon avro dəyərində qiymət qoyub.

“Mançester Yunayted” isə məbləğin bir hissəsini ödəməyə və hazırda “Xetafe”də icarə əsasında çıxış edən vingeri Meyson Qrinvudu əks düşərgəyə göndərməyə hazırdır.

Daha əvvəl "Yuventus"un Qrinvudla maraqlandığı bildirilirdi. Ancaq italiyalıların bu xüsusi sövdələşməyə maraqlı olub-olmayacağı hələ məlum deyil.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər